🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Tramp Apple-ın Hindistan planlarını tənqid etdi

16.05.2025 13:03 11 baxış sayı 2 dəq. oxuma
Tramp Apple-ın Hindistan planlarını tənqid etdi

ABŞ prezidenti Donald Tramp Apple şirkətinin iPhone istehsalını Çindən Hindistana köçürmək planlarına kəskin reaksiya verib. Doha şəhərindəki tədbirdə Tramp açıq şəkildə bildirib ki, şirkətin Hindistanda istehsal fəaliyyətinin genişlənməsini istəmir. Tramp, Apple-ın 2026-cı ilin sonuna qədər ABŞ bazarına təqdim ediləcək bütün iPhone modellərinin yığılma prosesinin Çindən Hindistana köçürülməsini planını qəbul etmir. Bu qərarın arxasında Trampın prezidentliyi dövründə tətbiq olunan əlavə gömrük rüsumları dayanır. Şirkət bu yüksək vergilərdən yayınmaq üçün istehsal şəbəkəsini diversifikasiya etmək istəyir. Tramp, Apple-ın baş direktoru Tim Kukla söhbətində: “Sənə çox yaxşı rəftar etdim, amma indi eşidirəm ki, Hindistanın hər yerində zavod qurursan. Bunu istəmirəm” – deyib. ABŞ prezidenti eyni zamanda Hindistan bazarı üçün edilən investisiyalara qarşı olmadığını da vurğulayıb. Apple ilk dəfə 2017-ci ildə Hindistanda istehsal fəaliyyətinə başlayıb. Əvvəlcə daha ucuz modellər istehsal edən ölkə, 2023-cü ildən etibarən bayraqman iPhone modellərinin yığılmasına da başlayıb. 2024-cü maliyyə ilində Hindistanda istehsal olunan iPhone-ların dəyəri 60 faiz artaraq 22 milyard dollara çatıb. Hazırda ABŞ-da satılan iPhone-ların təxminən 80 faizi Çində istehsal olunur. Bir iPhone-un yığılması üçün 187 müxtəlif təchizatçıdan 2700-dən çox hissə istifadə olunur. Buna görə də, bütün istehsalın ABŞ-a köçürülməsi şirkət üçün həm çox bahalı, həm də son dərəcə çətin bir addım olacaq.


Paylaş: