
Xiaomi Özəl "XRING 01" Prosessorunu Təqdim Etdi

Xiaomi şirkətinin baş direktoru Ley Cünün rəsmi açıqlamasına əsasən, şirkətin ilk mobil çipseti olan "XRING 01" təqdim edilib. Bu ayın sonunadək tam xüsusiyyətləri açıqlanmasa da, prosessorun istehsalı və dizayn prosesi ilə bağlı mühüm məlumatlar artıq yayılıb.
1000-dən çox mühəndisin iştirak etdiyi XRING 01-in inkişafı, əvvəllər Qualcomm-da yüksək vəzifələrdə çalışan Qin Muyun tərəfindən rəhbərlik olunub. Layihənin özü isə birbaşa Xiaomi-nin baş direktoru Ley Cünün nəzarəti altındadır. Keçən ay ilk dəfə adı çəkilən XRING, ARM-ın ən son nüvə arxitekturası əsasında səkkiznüvəli quruluşa sahib olacağı bildirilir.
Bu quruluşda 3.2 GHz tezlikdə işləyən bir Cortex-X925, üç 2.6 GHz Cortex-A725 və dörd 2.0 GHz Cortex-A520 nüvəsi olacağı gözlənilir. Qrafik prosessor kimi isə 1.3 GHz tezlikdə işləyən Imagination Technologies şirkətinin IMG DXT72 GPU-sunun istifadə olunacağı deyilir. Yeni nəsil çipsetin TSMC-nin 4nm N4P istehsal prosesi ilə hazırlanacağı bildirilib. 4nm texnologiyasının seçilməsi həm istehsal xərclərini azaltmaq, həm də geosiyasi riskləri minimuma endirmək baxımından strateji bir qərar kimi qiymətləndirilir. Xiaomi bu prosessorla xarici asılılığı azaltmağı hədəfləyir.
Etiketlər
Oxşar xəbərlər

Xiaomi özəl prosessoru ilə rəqabətə başlayır
Texnologiya xəbərləri

Xiaomi öz istehsalı Xring prosessorunu təqdim edəc...
Texnologiya xəbərləri

Xiaomi 7 milyard dollarlıq çip texnologiyalarına y...
Texnologiya xəbərləri

Xiaomi 15S Pro: Xring O1 prosessorlu bayraqdar sm...
Texnologiya xəbərləri

Xiaomi Öz Prosessoru üzərə işləyir: "Xring" Layihə...
Texnologiya xəbərləri

Xiaomi HyperOS 2.1: Qlobal Yenilənmə Yolda!
Texnologiya xəbərləri