Ürəyinizin xəstə olduğunu göstərən 8 ƏLAMƏT
Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.
Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq? Ürəyin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir:
1. Qollarda ağrı
Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.
Şiddətli öskürək
Şiddətli öskürək tək nəfəsalma sisteminin deyil, ürək xəstəliyinin də simptomu ola bilər. Öskürək müalicəyə tabe olmur və çox uzun, aylarla davam edirsə, bu ürək çatışmazlığına işarə edə bilər.
3. Ayaqlarda şişlər
Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişkinlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Ürək yaxşı işləməyəndə, qan dövranı pozulur, zəifləyir, damarlarda durğunluq yaranır, qan damarlarındakı maye ətrafdakı toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə gözəçarpan iz qalırsa diqqətli olmanızda fayda var.
Mədə bulantısı və iştahasızlıq
Ürək xəstəlikləri və ürək çatışmazlığı zamanı xəstədə tez-tez səbəbsiz ürəkbulanması, iştahasızlıq olur. Bu zaman qarın ağrıları da müşahidə oluna bilər. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin
5. Ruh düşkünlüyü, depressiya
Tədqiqatlar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir. Ürək xəstəlikləri də öz növbəsində depressiya, ruh düşkünlüyü kimi simptomara səbəb ola bilir.
Huşunu itirmək
Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin pis işlədiyi üçün beyində qan dövranının pozulmasıdır.
7. Dəridə göyərmələr, qançırlar
Bu, əsasən qan dövranının pisləşməsi nəticəsində baş verir.
8. Dəri xəstəlikləri
Tədqiqatlar göstərir ki, dəri xəstəlikləri olanlarda, xüsusilə də ekzema xəstələrinin 48%-də yüksək təzyiq, 29%-də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59% daha çox rast gəlinir.
Oxşar xəbərlər
Türkiyədə korona ilə bağlı son statistika
Son Xeberler
AMB Ödəniş Təşkilatlarına Lisenziya Xəbərdarlığı E...
Bugun.az
Bakıda məşhur şadlıq sarayı bağlanır - FOTO
Bugun.az
TƏBİB: Koronavirusa görə 146 nəfər reanimasiyadadı...
Son Xeberler
TƏBİB yeni məlumat yaydı - SON DƏQİQƏ
Son Xeberler
TƏBİB yeni məlumat yaydı - SON DƏQİQƏ
Son Xeberler