
Bayram günlərində banklar bu qayda ilə işləyəcək - RƏSMİ AÇIQLAMA

Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08-13 noyabr 2024-cü il tarixlərində bankların və "Azərpoçt" MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Banklar
"Azәrpoçt" MMC
Valyuta mübadilə məntəqələri
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan banklarının bayram günlərində iş qrafik...
Azəri Xəbər

Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlər...
Bugun.az

Bayram günlərində metro necə işləyəcək?
Xəbər Anı

Bayram günlərində Dəmiryol Muzeyinin iş qrafiki mə...
Azəri Xəbər

FHN bayram günlərində gücləndirilmiş iş rejimində...
Azəri Xəbər

Qeyri-iş günlərində qatarlarda yeni iş qarfiki açı...
Bugun.az



