COP29-da restoran, gözəllik salonları bağlanacaq? - CAVAB

29.10.2024 13:09 193 baxış sayı 1 dəq. oxuma
COP29-da restoran, gözəllik salonları bağlanacaq?

"COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir”.

Bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.

O, eyni zamanda qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq:

“Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: