Bu tarixlərdə yollar bağlanacaq - Metrodan istifadə edin

29.10.2024 14:27 193 baxış sayı 1 dəq. oxuma
Bu tarixlərdə yollar bağlanacaq

Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq.

Bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.

"Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq", - o əlavə edib.

Qeyd edək ki, 12-13 noyabr qeyri-iş günləridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8-13 noyabr tarixləri qeyri-iş günləri elan edilib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: