
Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əvvəlcədən pensiya alan şəxsin təqaüd pulunun hesablanması ilə bağlıdır.
Maraqlıdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?
Lent.az əvvəlcədən pensiya alan şəxsin təqaüdə çıxdıqdan sonar pulunun necə hesablandığını təqdim edir:
"Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, sonradan işlədiyi və yenidən hesablama aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə alınmaqla 72 aya bölünməklə yenidən hesablanmalıdır.
İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İlk 9 ayda neçə nəfərə proaktiv qaydada pensiya tə...
Azəri Xəbər

Pensiyaçılara ŞAD XƏBƏR!-
Son Xeberler

Müavinət və təqaüd alanların nəzərinə!
Xəbər Anı

Naxçıvanda pensiya alanların nəzərinə
Bugun.az

DSMF-dən pensiyalarla bağlı açıqlama
Bugun.az

Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı...
Son Xeberler



