MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarır.
Məlumata görə, satış dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.
“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək.
Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az), “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız bu sistemdə elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Etiketlər
Oxşar xəbərlər
MİDA Yeni Yaşayış Komplekslərində Mənzillərin Satı...
Son Xeberler
Sahibkarlara verilən güzəştli kreditin məbləği açı...
Bugun.az
DSMF: Oktyabr pensiyaları ödənilib
Bugun.az
Noyabrın pensiyaları bu tarixdə veriləcək
Xəbər Anı
Pensiyaların Ödənilmə Tarixi Açıqlandı
Bugun.az
35 saniyədə 228 mənzil satıldı
Bugun.az