
Xəbər Anı
4 abunə
"Sabunçu keçidi"ndə iki nəfər boğularaq öldü: Birinin cəsədi tapıldı
22.10.2024 12:01
198 baxış sayı
1 dəq. oxuma

Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
Oxşar xəbərlər

"Azərişıq" ASC-nin əməkdaşı faciəvi şəkildə öldü
Xəbər Anı
193
26/10 09:37

Tuneldəki Faciə: Şahidin Dəhşətli Anlatımı
Bugun.az
143
23/10 05:25

Bakıda iki qadın faciəvi şəkildə öldü - FOTO
Bugun.az
125
12/12 06:25

Qaz Təchizatı Dayandırılır: Sabunçu, Qaradağ, Sura...
Son Xeberler
189
30/09 17:25

Bakıda avtomobil qatarla toqquşdu:
Xəbər Anı
195
24/10 16:29

İkinci kurs tələbəsi də dəm qazından öldü
Xəbər Anı
167
01/11 11:34