
Azərbaycanda bu kanala xəbərdarlıq edilib

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 oktyabr 2025-ci il tarixində keçirilən iclasında "Space TV" kanalına qarşı ciddi qərar qəbul edilib. Kanalın "Banu" proqramının 8 oktyabr 2025-ci il tarixli efirində bölgələrin birində baş tutan qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə mövzusu olmuşdur. Şura bu yayımı ölkədə aparılan hüquqi islahatların, xüsusilə də 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilən dəyişikliklərin pozulması kimi qiymətləndirdi. Həmin dəyişikliklərə görə, ailə institutunun möhkəmləndirilməsi məqsədilə qohumlar arasında evliliyin qadağan olunması təsbit edilmişdir. Hazırda Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsi qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına icazə vermir.
Audiovizual Şuranın mütəxəssisləri yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında göstərilməsi faktını müəyyən etdilər. Məsələnin ətraflı araşdırılması üçün kanala sorğu göndərildi. Sorğuya cavab olaraq kanal rəhbərliyi, süjetdə nümayiş olunan toy şənliyinin qanunvericilik dəyişikliklərindən xeyli əvvəl baş verdiyini bildirdi (rəsmi nikah 6 mart 2025-ci ildə qeydə alınmışdı). Lakin kanal etiraf etdi ki, bir neçə ay əvvəl lentə alınmış bu materialın oktyabr ayında efirə verilməsi televiziya kanalının texniki nöqsanı səbəbindən yaranmışdır. Müzakirələr zamanı şura üzvləri bu halın redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü olduğu qənaətinə gəldilər.
Nəticədə, Audiovizual Şuranın üzvləri məsələni diqqətlə müzakirə etdikdən sonra yekun qərarı verdilər. Yayımçı tərəfindən pozuntunun baş verməsinin etiraf edilməsi və nöqsana yol vermiş əməkdaşla bağlı zəruri tədbirlərin görüləcəyi barədə məlumat nəzərə alındı. Buna görə də, Şura üzvləri "Space TV" kanalına yalnız rəsmi xəbərdarlıq edilməsi barədə razılığa gəldilər. Audiovizual Şura bütün yayımçılardan proqramlar hazırlanarkən qanunvericiliyin tələblərinə tam riayət etməyi tələb edir və monitorinq tədbirlərinin bundan sonra da davam edəcəyini bildirir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Xəzər TV”yə xəbərdarlıq edildi
Xəbər Anı

Salyanda avtomobil kanala aşıb, 3 nəfər öldü
Bugun.az

Azərbaycanda uşaq atası olan 37 yaşlı çobanın meyi...
Xəbər Anı

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarl...
Son Xeberler

Britaniyada dağıdıcı fəlakət - Milyonlarla insana...
Bugun.az

Space TV-nin rəhbəri kim olacaq? -
Son Xeberler