
"Azəristiliktəchizat"ın sədri: "İstiliklə bağlı müraciətlərin 70-80 %-i mənzildaxili problemlərlə bağlıdır"

Abonentlərdən "Azəristiliktəchizat" ASC-yə daxil olan təxminən 1 000 müraciətin 70-80 %-i mənzildaxili problemlərlə bağlı olur.
Bunu "Report"a müsahibəsində ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, əsas narazılıqlar - mənzillərdə temperaturun zəifliyi, bəzi radiatorların qızmaması, bir otaqda istilik olması, digərində olmaması, yaxud qonşuda istilik olub digərində olmaması kimi hallar təşkil edir: "Bu cür problemlərin baş verdiyi əksər hallarda istilik binanın zirzəmisinədək gəlir, lakin mənzillərə qalxmır. Bu, illərlə formalaşmış bir problemdir. Uzun müddət istilik təchizatçısı ilə istehlakçı arasında məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməmişdi. Bunun köklü səbəbi ondan ibarətdir ki, 2023-cü ilə qədər Azərbaycanda istilik təsərrüfatını tənzimləyən konkret normativ-hüquqi baza yox idi".
İ. Mirzəliyev qeyd edib ki, yalnız 2023-cü ildə Energetika Nazirliyi ilə birgə qısa müddətdə "İstilik enerjisindən istifadə qaydaları" hazırlanaraq Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib: "Bu sənəd bir çox vacib məsələlərə aydınlıq gətirdi - istilik təchizatçısının və istehlakçının hüquq və vəzifələri, məsuliyyət sərhədləri, xidmət və təminat şərtləri konkret müəyyən olundu. İlk dəfə olaraq istilik təchizatı üzrə istehlakçılarla rəsmi müqavilələrin bağlanmasına başlanıb".
Qurum sədrinin fikrincə, bununla yanaşı, insanlar artıq başa düşürlər ki, yaşayış binasının daxili kommunikasiya sistemləri onların ümumi paylı mülkiyyəti sayılır və bu sistemlərin idarə olunması da Mənzil Məcəlləsinə əsasən vətəndaşların öz öhdəliyidir: "Yəni, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri (MMMC) yaradılmalı və binadaxili təsərrüfat bu cəmiyyətlər tərəfindən idarə olunmalıdır. Təəssüf ki, bu struktur hələ ölkə üzrə geniş yayılmayıb və bu da bir çox hallarda çətinlik yaradır".
Qanunvericiliyə əsasən, təchizatçının məsuliyyət sərhədi binanın girişinə qədərdir. "Abonentlərin ödədiyi tarif yalnız verilən istilik enerjisinə görədir - bu, xidmət haqqı deyil. Kommunikasiya və texniki xidmətlər isə ayrıca müqavilə ilə göstərilməlidir. Bu müqavilə "Azəristiliktəchizat"la da, digər fərdi şirkətlərlə də bağlana bilər. Necə ki, biz hər mövsüm istilik sistemimizi texniki baxımdan hazırlayırıq, eyni qaydada istehlakçılarımız da onlara aid olan mənzildaxili sistemlərini mövsümə hazırlamalıdırlar. Yəni, mənzildaxili istilik xətlərini, birləşmələri, radiatorları yoxlamalı, sızmaların və tıxanmaların qarşısını almalıdırlar. Radiatorlar müəyyən müddətdən bir, heç olmasa 3 ildə, 5 ildən bir yuyulmadıqda içərisində çöküntü və ərp toplanır, bu da istiliyin dövriyyəsini zəiflədir. Eyni zamanda qanunda da nəzərdə tutulduğu kimi bina mülkiyyətçiləri balanslarında olan istilik mühəndis qurğularının və kommunikasiyaların saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər", - İ. Mirzəliyev vurğulayıb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanı...
Azəri Xəbər

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir
Son Xeberler

Milli Məclisin iqtisadi blokuna daxil olan
Son Xeberler

Əhaliyə şad xəbər
Xəbər Anı

Bu gündən Bakıya istilik veriləcək
Son Xeberler

"Azəristiliktəchizat": Gələn il dövlətdən ayrılan...
Azəri Xəbər