Dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib

05.12.2025 22:35 8 baxış sayı 1 dəq. oxuma Trend
Dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib

Amerikalı memar Frenk Geri 97 yaşında dünyasını dəyişib. Bu məlumatı "The New York Times" yayıb.


Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat etdi. Onun ölümünə səbəb qısa müddətli tənəffüs xəstəliyi olub. Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılırdı. O, xüsusilə dekonstruktivizm cərəyanının əsas memarlarından biri kimi tanınır.


Memar 1989-cu ildə memarlığın “Nobel mükafatı” hesab edilən Pritzker mükafatına layiq görülüb. Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997) xüsusi yer tutur. Digər məşhur işləri Los-Ancelesdəki Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı "Rəqs edən Ev" (1995) olub.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: