Gürcüstan XİN rəhbəri: Ermənistanla əməkdaşlığı daha da dərinləşdirəcəyik

14.11.2025 08:46 4 baxış sayı 1 dəq. oxuma Report
Gürcüstan XİN rəhbəri: Ermənistanla əməkdaşlığı daha da dərinləşdirəcəyik

Gürcüstan Xarici İşlər naziri Maka Boçorişvili bildirib ki, ölkəsi qarşıdakı dövrdə Ermənistanla əməkdaşlığı daha da dərinləşdirəcək. Nazir bu bəyanatı ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü zamanı səsləndirib.


XİN başçısı vurğulayıb ki, iki ölkə arasındakı mövcud əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq Gürcüstan və Ermənistan üçün böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, bu münasibətlər təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də bütövlükdə regionun rifahı və sabitliyi üçün vacibdir.


Maka Boçorişvilinin sözlərinə görə, Gürcüstan illərdir Cənubi Qafqazın dinc və stabil inkişafında mühüm rol oynayır. Tbilisi hökuməti bundan sonra da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə davam edəcək.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: