"İrşad"da "Yaşıl Cümə" başladı

21.11.2025 08:27 3 baxış sayı 2 dəq. oxuma Report
"İrşad"da "Yaşıl Cümə" başladı

“İrşad” mağazalar şəbəkəsi müştərilər üçün "Yaşıl Cümə" (Green Friday) kampaniyasına start verib. Alıcılar noyabrın 30-dək davam edəcək bu kampaniya çərçivəsində böyük endirimlərdən və hissəli ödəniş imkanlarından yararlana bilərlər. Mağazalar və onlayn satış platformaları vasitəsilə təqdim edilən fürsətlər ev və şəxsi istifadə üçün nəzərdə tutulan elektronika, məişət texnikası, mebellər, smartfonlar və aksessuarları əhatə edir. Bu məhsullara 70%-ə qədər böyük endirimlər tətbiq olunur. Müştərilər həm fiziki mağazalarda, həm də onlayn şəkildə bu endirimli qiymətlərlə alış-veriş edə bilərlər.


Kampaniya günlərində müştərilər üçün xüsusi ödəniş şərtləri də keçərlidir. Müştərilər endirimli məhsulların qiymətini 18 aya qədər faizsiz hissələrə bölə bilirlər. Bundan başqa, 6 ay müddətində ödəniş edənlər üçün heç bir komissiya haqqı tələb edilmir. Taksit kartlarından istifadə edən alıcılar isə 12 aya qədər faizsiz hissəli ödəniş imkanından yararlanmaq şansı əldə edirlər. Bu fərqli ödəmə variantları, müştərilərə istədikləri məhsulları daha asan şərtlərlə almağa imkan verir.


“Yaşıl Cümə” kampaniyası çərçivəsində bir sıra məhsul nümunələri aşağıdakı qiymətlərlə təklif olunur. Məsələn, 70% endirimlə təqdim edilən Mehtap Qranit TAVA 49,99 manat əvəzinə 14,99 manata satılır. Mibro Lite 3 smart saatı 57% endirimlə 219,99 manat əvəzinə 94,99 manatdır. Böyük endirimlə satılan digər məhsullar arasında HONOR X9d (8 GB/256 GB) 799,99 manat əvəzinə 649,99 manata (150 AZN endirim) təklif edilir. Həmçinin, Samsung Galaxy A56 (8 GB/128 GB) 979,99 manat əvəzinə 699,99 manata (280 manat endirim) və Xiaomi Redmi 15 (8 GB/256 GB) 479,99 manat əvəzinə 289,99 manata (190 manat endirim) müştərilərə təqdim edilir. Taube - TBK124 Kombi də 100 manat ucuzlaşaraq 619,99 manat əvəzinə 519,99 manat qiymətə satılır. Müştərilər bu fürsətlərdən “İrşad” mağazalarında, saytında və mobil tətbiqində faydalana bilərlər.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: