
Xankəndidə 23 evin təmiri 1,4 milyon manata başa gələcək

Xankəndi şəhərində 23 fərdi yaşayış evinin təmiri işlərinə start verilir. Bu böyük layihənin ümumi dəyəri 1,414 milyon manat təşkil edəcək.
Bu işlərin icrası ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti məşğul olur. Qurum artıq lazımi hazırlıq işlərini bitirib. Xidmət təmirin həyata keçirilməsini "Bərpa AS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və bununla bağlı müvafiq müqavilə imzalayıb.
Müqaviləyə əsasən, "Bərpa AS" MMC şirkətinə 1,414 milyon manat məbləğində ödəniş edilib. Bu hesablamaya görə, bir evin təmiri təxminən 61,5 min manata başa gələcəkdir. Təmir işlərini aparacaq "Bərpa AS" MMC isə 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Şxaliyev Rafiq Mubaris oğludur. Qeyd etmək lazımdır ki, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
"Azəristiliktəchizat"ın yığılmış zərəri 133 milyon...
Azəri Xəbər

Şəmkirdə avtomobilin təkərini dəyişən kişi ölüb
Azəri Xəbər

"Real" futbol tarixində ilki gerçəkləşdirdi - Belə...
Bugun.az

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər

İlham Əliyev fərman imzaladı
Bugun.az

Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlad...
Son Xeberler



