
Avtobus zolağı ilə bağlı dəyişiklik edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırıb.
Metbuat.az bu barədə AYNA-dan bildirilib.
Beləliklə, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Məlumata görə, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib. Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.
AYNA hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağıraraq, bildirib ki, mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.
Oxşar xəbərlər

Azadlıq prospektində avtobus zolağı niyə ləğv edil...
Son Xeberler

Abbas Mirzə Şərifzadə Küçəsində Avtobus Zolağı üçü...
Son Xeberler

Sürücülər bu halda avtobus zolağından istifadə edə...
Son Xeberler

İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? -
Son Xeberler

Avtobus çaya aşdı
Xəbər Anı

Şagirdləri daşıyan avtobus yoldan çıxdı: 21 ölü, 1...
Son Xeberler