Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 4 % artacaq - "Moody’s"

05.02.2025 23:25 73 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 4 % artacaq - "Moody’s"

“Moody’s Investors” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 % artacağını proqnozlaşdırır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hesabata görə, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb.

2024-cü ildə real ÜDM-in artımı 4,1 % təşkil edib ki, bu da 2023-cü ildəki 1,1 %-lik mülayim artımdan və iyulda gözlənilən 3 %-lik göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu inkişaf əsasən qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2 % olub.

Hesabatda qeyd edilir ki, karbohidrogen qiymətlərinin mülayimləşməsi və büdcə xərclərinin artması nəticəsində 2024-cü ildə konsolidə edilmiş fiskal profisit ÜDM-in təxminən 4 %-i səviyyəsində olub. Bu, 2023-cü ildəki 8,2 %-lik profisitlə müqayisədə azalmadır.

Buna baxmayaraq, agentlik dövlət büdcəsi kəsirinin ÜDM-in 1-2 %-i səviyyəsində qalacağını proqnozlaşdırır: "Bu, borc ehtiyaclarını məhdudlaşdıracaq və borc yükünü ÜDM-in 30 %-dən aşağı saxlayacaq".

"Moody’s" qeyd edir ki, bu göstərici oxşar reytinqə malik ölkələr və Qazaxıstan (“Baa1” stabil) kimi digər neft istehsalçıları üçün olan medianadan xeyli aşağıdır və Azərbaycanın əsas kredit üstünlüklərindən biri hesab edilir.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: