
Azərbaycanın 3 universiteti yüksək nəticə göstərdi - SİYAHI

Noyabrın 21-də ilk dəfə açıqlanan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yüksək nəticə göstərib.
Metbuat.az xəbər verir ki, ümumilikdə 749 universitet arasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 201-250-ci yerləri tutub. Azərbaycan Texniki Universiteti (AzTU) isə 401-500-cü mövqedə qərarlaşıb.
Bundan əlavə, UNEC, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU), Naxçıvan Dövlət Universiteti (NDU), Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Tibb Universiteti (ATU), Bakı Ali Neft Məktəbi (BANM) və Xəzər Universiteti reytinqdə “məruzəçi” (reporter) qismində yer alıb.
Qeyd edək ki, “Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmi fəaliyyətlərinə verdiyi töhfələri qiymətləndirən ilk reytinqdir.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI
Bugun.az

Dörd universitetə akkreditasiya verildi - SİYAHI
Bugun.az
                                                                Azərbaycanın 13 ali məktəbi TÜRKÜNİB-ə üzv qəbul e...
Azəri Xəbər

Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın...
Edumap.az Təhsil Portalı

Bu universitetlər TÜRKÜNİB-ə üzv qəbul edildi
Bugun.az

III qrup üzrə yüksək keçid balı olan ixtisaslar -...
Bugun.az
                                        

