🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Bilsəydim, heyəti başqa cür qurardım" - Santuş

22.03.2025 20:25 22 baxış sayı 1 dəq. oxuma
"Bilsəydim, heyəti başqa cür qurardım" - Santuş

Sanki Azərbaycan millisi meydana məğlub olmağa çıxmışdı, qələbə qazanmağa yox.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

Yetmiş yaşlı mütəxəssis məğlub olduqları matç barədə danışıb:

"Belə hesabla məğlub olacağımızı bilsəydim, start heyətini başqa cür qurardım. Məşq prosesində hər şey qaydasında idi. Komanda oyuna çox yaxşı hazırlaşmışdı. İkinci hissədə meydana hücumameyilli futbolçular buraxdıq. Hesabı xeyrimizə dəyişmək istəyirdik.

Fasilədən sonra meydanda bərabər səviyyəli oyun gedirdi. Lakin ikinci qolu buraxdıqdan sonra ruh düşkünlüyü yaşandı".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan – Haiti görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş: