
Bu meyvə yalnız 4 ölkədə yetişir - FOTO

Ladolia zeytun ağacı dünyada yalnız İspaniya, İtaliya, Kanada və Türkiyədə bitir. Elm adamları Gökçəadada rast gəlinən bu bənzərsiz ağacın Egey dənizinin iqliminə necə uyğunlaşdığını hələ də tam izah edə bilmirlər. Onun mənşəyi və genetik quruluşu digər zeytun növlərindən fərqlənir. Mütəxəssislərin fikrincə, ladoliya yüksək aroması, aşağı turşuluğu və zəngin fenolik birləşmələri sayəsində dünyanın ən qiymətli zeytun sortlarından biri sayılır.
Bu xüsusi çeşid həm iqlim şəraitinə, həm də yetişdiyi torpağın mineral tərkibinə son dərəcə həssasdır. Buna görə də, o, Türkiyədə yalnız Gökçəadada təbii şəkildə yetişir. Ladolia Yunanıstan mənşəli bir zeytun çeşididir, lakin adanın mikroiqlimi sayəsində Türkiyədə özünəməxsus bir xüsusiyyət qazanıb. Bölgədəki istehsalçılar onu tamamilə orqanik üsullarla yetişdirirlər, yəni pestisidlərdən istifadə edilmir.
Zeytunlar mövsümün əvvəlində yığılır və məhsul toplanıldığı gün soyuq sıxma üsulu ilə yağlanır. Zeytun yağı qızılı sarı rəngdə olur, bir qədər acı və ədviyyatlı ləzzətə malikdir. Mütəxəssislər düşünürlər ki, adanın küləkli havası və dənizin duzlu rütubəti bu yağa unikal keyfiyyətlər verir. Ladoliya ağacı kiçik meyvəli, erkən yetişən bir növdür. Bu xüsusiyyət onu yüksək keyfiyyətli zeytun yağı istehsalı üçün ideal edir. Ancaq bu ağac olduqca incə bir quruluşa malikdir; əgər lazımi qayğı və torpaq şəraiti təmin edilməsə, məhsuldarlıq tez bir zamanda aşağı düşür.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Meyvələri bu saatda yeməyin, yoxsa...
Tibbi məlumatlar

Azərbaycandan meyvə-tərəvəz ixracı artıb
Bugun.az
Şəmkir sakini meyvə yeyərkən boğularaq ölüb
Azəri Xəbər

Boş yerə sağlam hesab olunan qidalar
Tibbi məlumatlar

Azərbaycanda meyvə bağlarının aqrar sığortası mövs...
Azəri Xəbər

DİQQƏT! Bu meyvə-tərəvəzlərin qabığını atmayın
Tibbi məlumatlar


