
Çia toxumunun inanılmaz faydaları - Sağlamlıq üçün möcüzə

Son illərdə təbii qidalanmaya maraq artdıqca, unudulmuş bitkilər və toxumlar da yenidən gündəmə gəlir.
Metbuat.az xəbər verir ki, onlardan biri də çiyan toxumudur. Qədimdən xalq təbabətində istifadə olunan bu toxumun sağlamlıq üçün saysız-hesabsız faydaları var.
Həzm sisteminə dəstək olur - Çia toxumu yüksək miqdarda liflə zəngindir. Bu xüsusiyyət bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırır və həzm prosesini asanlaşdırır.
Ürək-damar sağlamlığını qoruyur - Tərkibindəki Omeqa-3 yağ turşuları xolesterinin balanslaşdırılmasına kömək edir. Bu da ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.
Qan şəkərini tənzimləyir - Mütəxəssislərin sözlərinə görə, çiyan toxumu şəkərin qana sürətlə sorulmasının qarşısını alır. Bu xüsusilə şəkərli diabet xəstələri üçün faydalıdır.
Arıqlamağa kömək edir - Su ilə təmasda şişərək jel formasına düşən çiyan toxumu uzun müddət toxluq hissi yaradır. Bu da artıq çəki ilə mübarizədə təsirli vasitə sayılır.
Sümük və oynaq sağlamlığını gücləndirir - Çia toxumu kalsium, maqnezium və fosfor baxımından zəngindir. Bu maddələr sümük quruluşunu möhkəmləndirir, oynaq ağrılarını azaldır.
Dəri və saç üçün faydalıdır - Antioksidant təsirə malik olan çiyan toxumu dərini gəncləşdirir, saçların möhkəmlənməsinə kömək edir.
Oxşar xəbərlər

Xıyarın bitməyən faydaları
Bugun.az

Yeni Möcüzə Qadın filmi gəlir!
Texnologiya xəbərləri

Dağtərxunu: Qaraciyər üçün 7 Günlük Möcüzə
Bugun.az

Çia Toxumunun Saymaqla Bitməyən Faydaları: Super Q...
Bugun.az

Püstə: Sağlamlıq üçün əvəzsiz bir hədiyyə
Bugun.az

25-ci mərtəbədən düşən qız sağ qaldı -Çində möcüzə...
Bugun.az