🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Çimərliklə bağlı yenilik - Yalnız qadınlar daxil ola bilər

16.05.2025 17:25 7 baxış sayı 2 dəq. oxuma
Çimərliklə bağlı yenilik - Yalnız qadınlar daxil ola bilər

Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, Sumqayıt ərazisində fəaliyyət göstərəcək bu çimərlik Dubay təcrübəsi əsasında xidmət göstərəcək: "Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan məlum çimərliyə kişilərin girişinə qadağa qoyulacaq. Dubay təcrübəsi əsasında Sumqayıtda, dənizkənari obyektlərin birində tətbiq ediləcək bu xidmətin qadınların böyük marağına səbəb olacağı gözlənilir. O qədər də böyük ərazini əhatə etməyən qadın çimərliyində nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək".

Məlumat üçün qeyd edək ki, qadınlara açıq çimərliyin yaradılması Azərbaycanda bir ilk olsa da, yaxın gələcəkdə bu cür çimərliklərin sayının artması ehtimal edilir.

Paylaş: