🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Əsədə divan tutan HTŞ lideri danışdı - Məqsədlərini açıqladı

06.12.2024 18:25 13 baxış sayı 2 dəq. oxuma
Əsədə divan tutan HTŞ lideri danışdı - Məqsədlərini açıqladı

Suriyada rejimə qarşı uğurlu həmlələr edən “Həyat Təhrir əl-Şam” təşkilatının (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani ilk dəfə Türkiyə mətbuatına açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Haber Global”a açıqlama verən qruplaşma lideri bildirib ki, onlar qlobal cihad etmir. Colani məqsədlərinin Əsəd rejimi ilə olduğunu bildirib. "Məqsədimiz rejimi devirməkdir" deyən HTŞ liderinin sözlərinə görə, bu məqsədə çatmaq üçün qruplaşmanın bütün mümkün vasitələrdən istifadə etmək haqqıdır. Onun sözlərinə görə, İran və Rusiya Əsəd rejimini dirçəltməyə çalışsa da, o çoxdan süqut edib. Hələbdən sonra Həma üzərində nəzarəti ələ keçirən HTŞ lideri Colani, azsaylı nümayəndələri olan xalqlara da güvən mesajı verib. O bildirib ki, xristianlar və digər azlıqlar təhlükəsiz olacaqlar.

Qeyd edək ki, ABŞ “Heyət Təhrir əl-Şam” təşkilatının lideri Əbu Məhəmməd əl-Colaninin məhv edilməsi üçün 10 milyon dollar mükafat vəd edib.

Paylaş: