Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Kirayə gəlirləri üzrə vergi dərəcəsi azaldılır

26.11.2025 10:33 12 baxış sayı 2 dəq. oxuma Metbuat
Kirayə gəlirləri üzrə vergi dərəcəsi azaldılır

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir. Dəyişikliklərin əsas hədəfləri sahibkarlığın təşviqi, vergi yükünün tənzimlənməsi və "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsidir.


Məlumdur ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyatdır, lakin bu sahədə hələ də qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur. Ən əsas dəyişiklik fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin tənzimlənməsidir. Kirayə bazarı üzrə könüllü əməletməyə nail olmaq məqsədilə, vergi dərəcəsi 14%-dən 10%-ə endirilir. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.


Bu dəyişiklik vergidən yayınma hallarının qarşısını almağa və fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etməyə xidmət edir. Həmçinin inzibatçılığın sadələşdirilməsi üçün yeni mexanizm tətbiq edilir. Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara vergi orqanında özləri uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) təyin etmək hüququ veriləcək. Bu agent vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini öz üzərinə götürəcək. Lakin sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün 14%-lik vergi dərəcəsi dəyişməz qalır.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: