
"Qarabağ" "Neftçi"ni böyük hesabla məlub etdi

Misli Premyer Liqasının XV turunda üz-üzə gələn "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başa çatıb.
Metbuat.az xəbər verir ki, "Neftçi Arena"da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində qolları Leandro Andrade (2 qol) və Nəriman Axundzadə vurublar.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyə yüksəlib. "Neftçi" isə 13 xalla 7-ci sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” “Şamaxı”ya 1:0, “Zirə” isə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Neftçi" Azərbaycan derbisində 16 oyundur "Qarabağ...
Azəri Xəbər

"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi -...
Bugun.az

"Neftçi" və "Sabah" heç-heçə etdi
Bugun.az

“Neftçi” "Kəpəz"lə heç-heçə etdi
Bugun.az

Günün futbol qrafiki
Bugun.az

"Qarabağ" "Neftçi" ilə mövsümün ilk dövrəsinin oyu...
Azəri Xəbər


