
"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi - Premyer Liqa

"Qarabağ" Misli Premyer Liqasında "Sumqayıt"a böyük hesabla qalib gəlib.
Metbuat.az-ın məlumatına görə, XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. "Gənclik şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qarabağ Liderliyə Yüksəldi
Son Xeberler

"Zirə" "Sumqayıt"a qalib gəldi
Bugun.az

Premyer Liqa: "Sabah" "Zirə"yə qalib gəlib
Azəri Xəbər

Premyer Liqa: VIII tura "Neftçi" - "Araz-Naxçıvan"...
Azəri Xəbər

"Qarabağ" "Neftçi"ni böyük hesabla məlub etdi
Bugun.az

“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub ol...
Bugun.az


