🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

​Qazaxıstanda yeni virusa yoluxanlar var

05.01.2025 22:25 7 baxış sayı 1 dəq. oxuma
​Qazaxıstanda yeni virusa yoluxanlar var

Qazaxıstan Səhiyyə Nazirliyi kəskin respirator virus infeksiyası olan metapnevmovirusun (HMPV) dünyada yayılması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az modern.az-a istinadla xəbər verir ki, epidemiya mövsümü başlayandan indiyədək 8360 nümunədə qeyri-qrip virusunun olub-olmaması araşdırılıb.

Sanitariya və Epidemioloji Nəzarət Komitəsinin məlumatına görə, nümunələrin yalnız 1,6 faizində (30 halda) metapnevmovirus aşkar edilib.

İnsan metapnevmovirusu bir çox ölkələrdə onilliklər ərzində dövriyyədə olan klassik viruslardan biridir. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür.

İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır. Xüsusi bir müalicə yoxdur, simptomatik müalicə istifadə olunur.

Paylaş: