20.08.2020 22:47
6
abunə
455
Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1412 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6058, virusa yoluxanlar isə 254 min 520 nəfərə çatıb.

Türkiyədə indiyədək 234 min 797 pasiyent (son sutkada 882 nəfər) sağalaraq evə buraxılıb.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine