03.07.2020 21:48
6
abunə
402
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1172 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5186, virusa yoluxanlar isə 203 min 456 nəfərə çatıb.

Türkiyədə indiyədək 178 min 278 xəstə sağalaraq evə buraxılıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine