Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

04.06.2025 12:25 54 baxış sayı 1 dəq. oxuma Metbuat
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: