Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bayram günlərində müxtəlif istiqamətlərə daşınan sərnişin sayı açıqlandı

10.06.2025 10:25 58 baxış sayı 2 dəq. oxuma Metbuat
Bayram günlərində müxtəlif istiqamətlərə daşınan sərnişin sayı açıqlandı

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. Gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib. Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1253 reyslə 22446 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 40%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: