
Səfərbərlikdən gələn mesajın SƏBƏBİ

Son günlərdə vətəndaşlara, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da belə bir mesaj gəlib:
"Herbi vezife ve herbi xidmet haqqinda" Azerbaycan Respublikasi Qanununda nezerde tutulmush vezifenin icrasi ile bagli 07.04.2025-ci il tarixde saat 09:00-da Xidmetin Nizami rayon idaresine gelmelisiniz, boyun qachirdiginiz halda inzibati ve cinayet mesuliyyeti dashiyirsiniz". Yəbii ki, vaxt və ünvan hər kəs üçün fərqli ola bilər. Əsas məsələ isə odur ki, mesajlarda çağırışın səbəbi qeyd olunmayıb. Bu da əhali arasında narahatlıq yaradıb.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab verib.
O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.
Sevinc İbrahimzadə / Metbuat.az
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir?
Xəbər Anı

Papa XIV. Leonun Anıtqəbir Ziyarəti və Xüsusi Dəft...
Son Xeberler

Metrodakı ölümün səbəbi məlum oldu
Bugun.az

Sosial şəbəkələrdə şikayət edilməsi düşmən dəyirma...
Son Xeberler

Okan qərarını verdi: Osimen meydana çıxmayacaq
Bugun.az

WhatsApp-da Yeni Xüsusiyyət: Cavablar Artıq Daha D...
Texnologiya xəbərləri


