Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Son zamanlar müşahidə olunan virus “pnevmaniya” yaradır -XƏBƏRDARLIQ

10.08.2025 19:25 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Son zamanlar müşahidə olunan virus “pnevmaniya” yaradır -XƏBƏRDARLIQ

Yüksək hərarət, baş ağrısı və dayanmaq bilməyən öskürək...

Son günlərdə bir çox insanlar arasında sadalanan simptomlarla müşayiət olunan viruslu infeksiyaların artdığı müşahidə edilir. Bəs maraqlıdır havaların isti keçməsinə baxmayaraq, yay aylarında bu yoluxucu xəstəliklərin yayılmasının səbəbi nədir?

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həkim terapevt Rasif Bağırov deyir ki, sözügedən simptomlar adətən yüngül gedişatlı olsa da, immun sistemi zəif olan şəxslərdə daha ağır keçə bilər.

Həkim deyir ki, infeksiyanın yayılmasının əsas səbəblərindən biri kondisionerlərlə bağlı hava dəyişiklikləri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir.

Terapevt bu günlərdə şəxsi gigiyenaya diqqət yetirməyi, bol maye qəbul etməyi və kütləvi yerlərdən mümkün qədər uzaq durmağı tövsiyə edir. Simptomlar ağırlaşarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: