Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyə klubu Messinin transferini açıqladı

01.04.2025 17:25 81 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyə klubu Messinin transferini açıqladı

Türkiyə çempionatının 3-cü liqasında yer alan "Denizlispor" klubu paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, klubun sosial media hesabında Lionel Messinin "Denizlispor"a transfer olunduğu açıqlanıb. Açıqlamada, “Ailəmizə xoş gəldin, Messi. Messi ilə 1 günlük müqavilə imzaladıq!” - deyə bildirilib. Açıqlamada, Messinin "Denizlispor"la forması ilə fotosu da yer alıb. Həmçinin paylaşımda Messinin transferlə bağlı “"Denizlispor"la razılaşdığım üçün çox xoşbəxtəm” açıqlamalarına da yer verilib. Lakin paylaşımın 1 aprel zarafatı olduğu qeyd edilib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: