
İker Kasilyas federasiya prezidenti seçilməkdən imtina etdi

İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti seçilməkdən imtina edib.
Bu barədə 39 yaşlı keçmiş qolkiper şəxsi "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib: "Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".
Qeyd edək ki, İker Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi. Sabiq qapıçı "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. Son olaraq Portuqaliya "Portu"sunda çıxış edən Kasilyas fevralda karyerasını bitirib
Oxşar xəbərlər

Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler

Peskovdan Putinin Qarabağla bağlı müraciətinə müna...
Son Xeberler

Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi
Son Xeberler

Ermənistan üçün razılaşmadan imtina intihar olar -...
Son Xeberler

Bu ölkə koronavirus peyvəndindən imtina etdi
Son Xeberler

Bir sıra ölkələr koronavirus peyvəndindən imtina e...
Son Xeberler