Yığmamız İsveçrəyə qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirəcək.
2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşacaq. Qrupun itkisiz irəliləyən lideri ilə görüş səfərdə baş tutacaq.
Aktivindəki 6 xalla 5-ci sırada qərarlaşan milli səfərdəki məğlubiyyət seriyasına son qoymağa çalışacaq. Belə ki, yığma rəqib meydanında keçirdiyi bütün görüşlərdə uduzub.
Qeyd edək ki, bu gün qrupumuzda daha iki matç baş tutacaq. Gürcüstan öz meydanında Slovakiya, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
12 noyabr
22:00. İsveçrə – Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”.
Oxşar xəbərlər
İsveçrəli parlamentarilərdən Azərbaycana növbəti m...
Son Xeberler
“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı aç...
İdman Xəbər
"Yuventus"un sabiq futbolçusu karyerasını bitirdi
İdman Xəbər
“McDonald's” İsveçdə bərbərxana açdı
Son Xeberler
“Borussiya”da yeni müqavilə
İdman Xəbər
COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkə
Son Xeberler