🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirusun 2-ci dalğasının yayılacağı 10 ölkənin adı açıqlandı — SİYAHI

26.06.2020 18:29 727 baxış sayı 2 dəq. oxuma
Koronavirusun 2-ci dalğasının yayılacağı 10 ölkənin adı açıqlandı —

Böyük Britaniyanın Oksford Universitetinin alimləri COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adını açıqlayıblar.

Araşdırma 45 ölkəni əhatə edib.

İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır.

Adı qeyd edilən ölkələrdə karantin qaydalarının may ayından yumşaldılmağa başladığı bildirilir.

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderlandda yumşaldılmaya baxmayaraq, yoluxma sayının azaldığı və ya olmadığı qeyd olunur.

Bununla yanaşı, həmin ölkələrdə də yoluxma sayının artımına diqqət edilməsi, onların izlənilməsi və nəzarətdə saxlanılması tövsiyə olunur.

Paylaş: