COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkə SON DƏQİQƏ

26.06.2020 12:48 568 baxış sayı 2 dəq. oxuma
COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkə

Böyük Britaniyanın Oksford Universitetinin alimləri COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adını açıqlayıblar.

Araşdırma 45 ölkəni əhatə edib.

İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır.

Adı qeyd edilən ölkələrdə karantin qaydalarının may ayından yumşaldılmağa başladığı bildirilir.

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderlandda yumşaldılmaya baxmayaraq, yoluxma sayının azaldığı və ya olmadığı qeyd olunur.

Bununla yanaşı, həmin ölkələrdə də yoluxma sayının artımına diqqət edilməsi, onların izlənilməsi və nəzarətdə saxlanılması tövsiyə olunur.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: