🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Oxford Universitetinin professoru: Sentyabrda vaksin hazır ola bilər

12.04.2020 04:06 701 baxış sayı 1 dəq. oxuma
Oxford Universitetinin professoru: Sentyabrda vaksin hazır ola bilər

"Yeni növ koronavirusun (COVİD-19) vaksini 80 faiz ehtimalla sentyabr ayında istifadəyə hazır olacaq".


Bugun.az xəbər verir ki, bunu koronavirusa qarşı vaksinin hazırlanmasında iştirak edən Oxford Universitetinin professoru Sara Gilbert deyib.


Vaksinin iki həftə ərzində insanlar üzərində sınaqdan keçiriləcəyi söyləyən professor bildirib: "Hər həftə əldə etdiyimiz nəticələrə əsasən, 80 faiz ehtimal var ki, vaksin sentyabr ayında istifadəyə hazır olsun. Hər şey yolunda gedərsə, bu, mümkün olacaq".


Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan COVİD-19 hazırda 210 ölkədə aşkar edilib. Virusa yoluxan 1 milyon 710 min 798 nəfərdən 103 min 512-i dünyasını dəyişib, 382 min 73 xəstə sağalıb.

Paylaş: