
Alimlər koronavirusa qarşı təbii vasitə tapdılar

Bir qrup beynəlxalq elm xadimi yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində fəal istifadə olunan “Remdesivir” dərmanından daha təsirli olması qənaətinə gəlib.
“Cell Discovery” jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin – heparinin üç variantının və fukoidanların iki növününün antiviral aktivliyini testdən keçiriblər.
Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə “Remdesivir” də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.
“Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər hansı biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.
Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək və hətta qarşısını almaq mümkündür”, - deyə, tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Alimlər koronavirusa təkrar yoluxma səbəblərini aç...
Son Xeberler

Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" t...
Tibbi məlumatlar

Yaxın illərdə yeni koronavirus yayılacaq -
Son Xeberler

Bill Qeyts: "Yaxın aylarda pandemiya daha da artac...
Son Xeberler

Koronavirusa yoluxmamaq üçün bunu edin:
Son Xeberler

Azərbaycanda daha bir nazirliyin əməkdaşları koron...
Son Xeberler


