
Son Xeberler
9 abunə
Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb
04.01.2021 18:22
419 baxış sayı
2 dəq. oxuma

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.
“Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilir.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.
Oxşar xəbərlər

AZAL: Bakı aeroportu adi qaydada işləyir
Son Xeberler
381
24/02 06:16

ŞAD XƏBƏR:
Son Xeberler
593
01/09 14:47

“Azərbaycanda müharibədir, toy edə bilmərik”
Son Xeberler
674
26/10 12:18

Avropa Liqasının oyunu təxirə salındı
İdman Xəbər
449
27/08 16:24

Nazirdən MDB Oyunlarının taleyi barədə son
İdman Xəbər
416
13/08 16:09

İtaliya Qran-prisi ləğv olundu
İdman Xəbər
615
10/06 13:25