Son Xeberler
06.12.2020 23:45
6 abunə
375
“Barselona”nın hücumçusu zədələndi
“Barselona”nın hücumçusu Usman Dembele zədələnib.
23 yaşlı hücumçu ötən gün La Liqanın 10-cu turunda “Kadis”lə matçda (1:2) bud nahiyəsindən xəsarət alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Dembele bu mövsüm 8 matça çıxıb və 1 qol vurub.