🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Barselonada Azərbaycan Evi açıldı - FOTO

30.08.2020 08:44 403 baxış sayı 3 dəq. oxuma
Barselonada Azərbaycan Evi açıldı -

​Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.

Mərasim Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.

Tədbirdə Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Qoqolaşvili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətini Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsi, onların əlaqələndirilməsi, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğ olunması baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı bildirilib, burada Azərbaycan və Gürcüstan icmalarının birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan 7 yeni və fərqli layihə barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniya, İtaliya, Polşa, Macarıstan, Türkiyə, Estoniya və digər ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir.

Paylaş: