Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı işğal altındakı rayon və kəndlərimiz azad edilməkdə davam edir.
Ermənistanda Azərbaycan Ordusunun uğurları ilə bağlı təmas xəttindən nisbətən uzaq yerləşən yaşayış məntəqələri, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilər də Qarabağı kütləvi şəkildə tərk etməyə başlayıblar.
Xarici telekanalın müxbirinə yerli əhali müsahibə zamanı bildirib ki, hakimiyyət onları aldadır. Yalandan KİV və televiziyalar hər şeyin yaxşı olduğunu desələr də vəziyyət olduqca pisdir. Onlar Yerevana geri qayıdırlar.
"Biz bilirdik ki, bu torpaqlar bizim deyil, Ermənistan rəhbərliyi də bilir. Onlar nə düşünürdülər, Xocalıdakı qətliam unudulacaqmı?"
Kadrlarda Erməni əskərinin yalvarışları da əks olunub.
Onlar məni və dostlarımı döyüşün getmədiyi uzaq bir yerdən küçədən götürüb bura gətirdilər. Nə alt paltarı nə də yemək var. Biz soyuqda üşüyüb qorxuruq. Başımıza nə gələcək bilmirik".
Həmin görüntüləri təqdim edirik: