BNA-dan sərnişinlərə müraciət - FOTOLAR
Avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün əlavə tədbirlər həyata keçirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş 34 məntəqədə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət edilir, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılaraq maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.
Son bir neçə gün ərzində həyata keçirilən intensiv nəzarət tədbirləri artıq müsbət nəticələr verməkdədir. Aparılan müşahidələr onu göstərir ki, avtobuslarda tibbi maskadan istifadə edənlərin sayında ciddi artım müşahidə edilir və sərnişinlərimizin məsuliyyət hissi ilə qaydalara riayət etməsi təqdirəlayiqdir.
Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.
Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür.
Etiketlər
Oxşar xəbərlər
AZAL yenidən vətəndaşlara MÜRACİƏT etdi
Son Xeberler
Bakı metrosunda sərnişinlər üçün-YENİLİK
Son Xeberler
AZAL Türkiyəyə gedənlərə
Son Xeberler
DİN-dən sərnişinlərə xəbərdarlıq
Son Xeberler
AZAL bu 3 şəhərə səyahət etmək istəyənlərə
Son Xeberler
Bakı aeroportuna necə rahat çatmaq olar?
Xəbər Anı