DİN-dən sərnişinlərə xəbərdarlıq
Daxili İşlər Nazirliyi (DİN) ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin sosial məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır. Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir.
Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər".
Oxşar xəbərlər
Azərbaycanda sürücü buna görə 3 min manat
Son Xeberler
Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxı...
Xəbər Anı
AZAL yenidən vətəndaşlara MÜRACİƏT etdi
Son Xeberler
Xameneyidən İsraillə bağlı
Son Xeberler
Dağıdıcı zəlzələ baş verdi
AzMedia
"Xəzər TV”yə xəbərdarlıq edildi
Xəbər Anı