Bu kənddə yaşayan ermənilər Azərbaycana hücuma hazırlaşır - VİDEO
Azərbaycan-Ermənistan sərhəd xəttinin demarkasiyası prosesi davam edir.
Sərhəd ərazidə yerləşən Şurnux kəndinin bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.
Sakinlər bu qərara etiraz olaraq, kənddən keçən yolu bağlayıblar.
Kənd sakinlərinin sözlərinə görə, İrəvandan kəndin boşaldılacağı ilə bağlı heç bir məlumat almayıblar. Azərbaycan əsgərləri isə yerli hakimiyyətə hələ 10 gün əvvəl kənddəki evlərin boşaldılması ilə bağlı xəbər göndərdiklərini deyiblər.
Şurnux kənd icmasının rəhbəri Akob Arşakyan isə əhaliyə müraciət edərək kəndin boşaldılması barədə onlara məlumat verilmədiyini bildirib.
“Bizə deyirlər ki, guya 10 gün əvvəl məlumat verilib. Amma bizim bundan xəbərimiz yoxdur. Kim bizə məlumat verib? 12 evi, yəni kəndin yarısını boşaltmaq məcburiyyətindəyik” - deyə Arşakyan kəndlilərə müraciət edib.
İcma sədri kəndliləri Azərbaycan əsgərlərinə qarşı təxribata səsləyib: “Əlinizə silah alın, gəlin torpaqlarımızı, suyumuzu qoruyaq. Biz yerli hakimiyyətdən də tələb etməliyik ki, kəndlərimiz Azərbaycana niyə verilir? Bu demarkasiya prosesi nəyə əsasən aparılır? Niyə bizə Azərbaycan əsgərlərinin 10 gün əvvəl yerli hakimiyyətə kəndi tərk etməklə bağlı xəbərdarlığı barədə məlumat verilməyib?” – deyə icma sədri bildirib.
Qeyd edək ki, demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Yerli sakinlər həmin yoldan istifadə etmək hüququnu itiriblər. Həmçinin Sovet dövründə çəkilən Ermənistan-Azərbaycan sərhəddinə əsasən, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri Qubadlının Şahverdilər və Şurnux kəndlərinin bir hissəsi, Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilməlidir. Həmçinin yeni sərhəd xəttinə görə, Azərbaycan sərhədçiləri Qafan Hava Limanının 150 metrliyində xidmət aparacaq. Qeyd edək ki, sərhəd xəttinin müəyyənləşdirilməsi GPS və Sovet dövründə hazırlanan xəritələr əsasında həyata keçirilir.
Etiketlər
Oxşar xəbərlər
Ermənilər yandırdıqları bu kənddə yaşayacaqlar -
Son Xeberler
SON DƏQİQƏ! Əsgərlərimiz erməni kəndində -
Son Xeberler
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt ka...
Son Xeberler
Ermənilər TƏŞVİŞDƏ: Gorus-Qafan yolundan YENİ VİDE...
Son Xeberler
Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş əra...
Son Xeberler
Azerbaycanlılar və ermənilər Amerikada üz-üzə gəld...
Son Xeberler