🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu xəstəlik koronavirusdan ölüm riskini artırır

08.02.2021 06:14 545 baxış sayı 1 dəq. oxuma
Bu xəstəlik koronavirusdan ölüm riskini artırır

İlkin məlumatlara görə, yeni növ koronavirus infeksiyasına yoluxan zehni xəstəliyi olan xəstələrin ölüm riski sağlam insanlara nisbətən təxminən 2,7 dəfə çoxdur.

Tədqiqat “JAMA Psychiatry” jurnalında dərc edilib.

Bu nəticələrin əsasını Nyu-Yorkda koronavirusa yoluxan 7 348 xəstənin tibbi qeydləri təşkil edib. Onlardan 75-i şizofreniya, 564 nəfəri affektiv pozğunluq, 360 xəstə narahatlıqdan əziyyət çəkirmiş. Diaqnoz qoyulduqdan sonra 45 gün ərzində 864 xəstə dünyasını dəyişib.

Əlavə tibbi risk faktorları, yaş, cinsiyyət və digər nəticələr dəqiqləşdirdikdən sonra məlum olub ki, şizofreniya diaqnozu koronavirusa yoluxanlar arasında ölüm riskini artırır.

Paylaş: