23.08.2020 17:48
6
abunə
371
Çaylarda sululuq artıb

Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.  

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata görə, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə  60 sm yüksəldib. 

"Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30,  Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay,  Kişçay, Dəmiraparançay, Əyriçay  və Gorançaydan  isə qısamüddətli sel keçib”.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine