
DİN-dən “Aşura” günü ilə bağlı XƏBƏRDARLIQ SON DƏQİQƏ

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb:
“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.
Etiketlər
Oxşar xəbərlər

Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıl...
Son Xeberler

Qubaya gizli yolla gələn dindarlar saxlanıldı
Son Xeberler

Ceyranbatanda axund və 28 nəfər cərimələndi -
Son Xeberler

Dini mərasim təşkil edən daha 25 nəfər həbs edildi
Son Xeberler

Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər...
Son Xeberler

DİN sosial şəbəkələrdə yayılan məlumata aydınlıq g...
Son Xeberler